07 
Okt
2025
12:50
217

Aİ-nin Gürcüstandakı seçkilərlə bağlı mövqeyi – səfir Herçinski: “Qiymətləndirmə artıq rəsmi bəyanatda əksini tapıb”

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Aİ-nin yerli özünüidarəetmə seçkiləri və seçkidən sonrakı vəziyyətlə bağlı qiymətləndirməsi artıq Aİ-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissar Marta Kosin rəsmi bəyanatında aydın şəkildə ifadə olunub.

Səfir bu barədə Xarici İşlər Nazirliyində keçirilən və diplomatik korpus nümayəndələrinin iştirak etdiyi görüşdən sonra jurnalistlərə açıqlama verib.

“Xarici işlər naziri bizi – mən və həmkarlarımı – görüşə dəvət etdi və hökumətin seçkilər və seçkidən sonrakı proseslə bağlı qiymətləndirməsini təqdim etdi. Avropa İttifaqının seçkilər və sonrakı vəziyyətlə bağlı mövqeyi çox açıq şəkildə ali nümayəndə Kallas və komissar Kosin bazar günü yayımlanan rəsmi bəyanatında əks olunub. Xahiş edirəm, həmin bəyanata baxasınız. Mənim tərəfimdən əlavə şərh vermək mümkün deyil,” – deyə səfir Herçinski bildirib.

Bizimlə əlaqə saxlayın