06 
Okt
2025
13:29
365

Kaxa Kaladze: “Mənim üçün ən vacib olan Avropa İttifaqı deyil, Gürcü xalqıdır – Kalas və Kos sizə kömək edə bilməz”

Tbilisinin meri Kaxa Kaladze Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və genişlənmə məsələləri üzrə komissar Marta Kosun Gürcüstanda keçirilmiş yerli seçkilərlə bağlı birgə bəyanatına sərt reaksiya verib.

Kaladze bildirib ki, Avropa İttifaqı onun üçün maraqlı deyil və ən vacib olan “onun ali şəxsi – Gürcü xalqıdır”.

“Bizim cavabımızı gözləyin. Sabah bu bəyanatlarla bağlı rəsmi mövqe səsləndiriləcək. Mənim fikrim sadədir — nə Kalas, nə də Kos sizə kömək edə biləcək. Çünki Gürcü xalqı sizə dəstək vermir. Avropa İttifaqı mənim üçün ümumiyyətlə maraqlı deyil. Mənim üçün ən önəmlisi onun ali şəxsi — Gürcü xalqıdır,” – deyə Kaladze bildirib.

Merin sözlərinə görə, ölkənin sahibi və qərarvericisi yalnız Gürcü xalqıdır:

“Bir şeyi anlamalısınız — bu ölkənin sahibi adi vətəndaşlardır, bu xalqdır, buradakı insanlar, yoxsa kənardan gələn ‘Kalaslar’ və ‘Malaslar’ deyil. Bunu dərk edin. Bu ölkəni idarə edən yalnız Gürcü xalqıdır. Kim hakimiyyətdə olacaq, kim müxalifətdə qalacaq – bu qərarı da məhz onlar verirlər.”

Xatırladaq ki, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və genişlənmə məsələləri üzrə komissar Marta Kos Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə seçkiləri ilə bağlı birgə bəyanat yaymışdılar.

Bəyanatda qeyd olunurdu ki, seçkilər “fikir müxtəlifliyinin genişmiqyaslı boğulması şəraitində” keçirilib və Avropa İttifaqı Gürcüstanda baş verən hadisələrə görə ciddi narahatlığını ifadə etmişdi.

Bizimlə əlaqə saxlayın