İrakli Kobaxidze: Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi partiyanın qeyri-konstitusion elan edilməsinin əsaslarından biridir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, 4 oktyabr aksiyasında baş verən hadisələr “Vahid Milli Hərəkat” partiyasına qarşı hazırlanmaqda olan Konstitusiya Məhkəməsi iddiasında əlavə dəlil kimi istifadə olunacaq.
Baş nazirin sözlərinə görə, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə çağırış partiyanın qeyri-konstitusion elan edilməsinin əsas səbəblərindən biridir.
“Təbii ki, baş verənlər hazırda hazırlanmaqda olan və Konstitusiya Məhkəməsinə təqdim ediləcək iddianı daha da möhkəmləndirir. Konstitusiya quruluşunun devrilməsi və zorakılıqla dəyişdirilməsi partiyanın qeyri-konstitusion elan edilməsinin əsaslarından biridir və bu hadisələr onların qeyri-konstitusion məqsədlərini konkret sübutlarla təsdiqlədi. Əlbəttə, bu, iddiaya əlavə arqument kimi daxil ediləcək,” – deyə İrakli Kobaxidze qeyd edib.


