Seldən əziyyət çəkən Qabal kənd sakinlərinə ərzaq yardımı edilib
Salam Platforması iki gün öncə ictimai fəallarla birlikdə Qabalda fəlakətdən zərərçəkənlərə yardım məqsədilə əhaliyə müraciət edib və cəmi bir gün yarıma birgə səylərlə 2 934 lari toplanıb.
InterPress xəbər verir ki, toplanan yardımla Qabalda baş verən fəlakətdən zərərçəkənlərə ərzaq və içməli su alınıb.
"Yerlilərlə əlaqəyə keçərək ilkin tələbatları öyrəndik və toplanmış vəsaitlə 60 ailəyə ərzaq və içməli su (ümumilikdə 2 378 lari dəyərində) çatdırıldı. Məbləğin, biz artıq Qabalda olduğumuz müddətdə köçürülən hissəsi, sakinlərə əlavə dəstək məqsədiylə istifadə ediləcək.
Qeyd etmək istəyirik ki, biz - ictimai fəallardan ibarət işçinqrupumuz, zərərçəkənlərin vəziyyətini izləməyə davam edirik və ehtiyac yarandıqca digər dəstək formalarına da qoşulmağa hazırıq.
Bu ümumi işdə öz töhfəsini verən hər kəsə təşəkkür edirik — sizin dəstəyiniz Qaballı ailələr üçün düşündüyünüzdən daha çox məna daşıyır. Birlikdə çox şey edə bilərik".



