17 
Iyn
2025
13:23
211

Milli Təhlükəsizlik Şurası ləğv oluna bilər

Gürcüstan hökuməti Milli Təhlükəsizlik Şurasının ləğvi ilə bağlı qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edib.

InterPress.ge xəbər verir ki, hökumət Administrasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Şuranın ləğvindən sonra onun səlahiyyətləri Gürcüstan hökuməti tərəfindən həyata keçiriləcək.

Təklif olunan dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən fəaliyyətini dayandıracaq və onun səlahiyyətləri parlament idarəetmə modelinə uyğun olaraq hökumətə ötürüləcək.

Parlamentin razılığı halında, dəyişikliklər “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və koordinasiyası qaydası haqqında” qanuna daxil ediləcək.

Bundan əlavə, Milli Təhlükəsizlik Şurasının aparatının ləğvi məqsədilə Ləğvetmə Komissiyası yaradılacaq. Komissiyanın tərkibi, fəaliyyət qaydaları və səlahiyyətləri Gürcüstan hökuməti tərəfindən müəyyən ediləcək.

Şura aparatının aktivləri, o cümlədən Milli Situasiya Otağının fəaliyyətinin təmin olunması səlahiyyətləri Ləğvetmə Komissiyası vasitəsilə müvafiq qurumlara təhvil veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər