20 
Sen
2020
09:05
927

Nino Burcanadze: "Qeyri-qanuni sərhədləşməni sadəcə mən dayandıra bilərəm"

"Mövzu aktual olmaqla, “Gürcü Arzusunun” ona reaksiyası sıfırdır".

InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Gürcüstanın” lideri Nino Burcanadze Nikozi kəndində həyata keçirilən qeyri-qanuni sərhədləşmə haqqında danışarkən qeyd edib.

N. Burcanadzenin qeyd etdiyinə görə, Nikozi kəndində, işğal qüvvələri sünii baryerlər və dəmir çəpərliklər çəkməyə davam edirlər, ancaq Gürcüstan iqtidarı bunu görməzdən gəlir.

“İqtisadi inkişaf və investisiyalar, münaqişə zonasında olan sabitlikdən asılıdır. İlk növbədə bu problem həll olunmalıdır.

Əminliklə deyə bilərəm ki, mən və dəstə üzvlərim məhz o qüvvəyik, hansı ki, bu qeyri-qanuni sərhədləşməni dayandıra bilər. Bunun üçün konkret addımlar ata bilərəm. İqtidarımızın reaksiyası və tədbirləri isə, sıfırdır” – dedi Nino Burcanadze.

Bizimlə əlaqə saxlayın