İsveç Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırır
İsveç hökuməti Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırır.
InterPress.ge xəbər verir ki, bu barədə İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Benjamin Dousa bildirib.
Onun sözlərinə görə, Gürcüstanda baş verən hadisələr uzun müddətdir ki, həyəcan vericidir.
Şənbə günü keçirilən parlament seçkiləri zamanı beynəlxalq müşahidəçilər tərəfindən müşahidə edilən pozuntular bunu təsdiqləyir. Ölkənin vətəndaş cəmiyyətinin öz demokratik rolunu yerinə yetirməsinə mane olmaq cəhdləri, xüsusən də məhdudlaşdırıcı qanunvericilik vasitəsilə Avropa İttifaqının norma və dəyərlərinə ziddir. Buna görə də hökumət hələ də davam edən İsveç-Gürcüstan birbaşa əməkdaşlığını, o cümlədən Gürcüstanın Vergilər İdarəsi ilə əməkdaşlığı dayandırır."- Benjamin Dousa bildirib.
Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqına yaxınlaşarsa, münasibətlər yeniləşə bilər.
Sweden Herald-ın məlumatına görə, İsveçin Gürcüstana yardımı ildə 200 milyon kron təşkil edir.
Bu il ölkənin vətəndaş cəmiyyətinə 25 milyon vəsait ayrılıb.


