Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Bu gün ölkəmizin ən mühüm problemi nədir? -SAVANTA-nın ictimai sorğusu

300
Bu gün ölkəmizin ən mühüm problemi nədir? -SAVANTA-nın ictimai sorğusu
Dinləmək üçün basın

Savanta Group “Media Azadlığı Fondu”nun sifarişi ilə “Mtavari Arxi” televiziya şirkəti üçün ictimai rəy sorğusu keçirib.

Savanta Group “Media Azadlığı Fondu”nun sifarişi ilə “Mtavari Arxi” televiziya şirkəti üçün ictimai rəy sorğusu keçirib.

InterPress.ge xəbər verir ki, “Savanta” qlobal şirkətdir, onun tədqiqatları bütün dünyada CNN və BBC kimi nüfuzlu media, habelə Britaniya hökuməti tərəfindən sifariş edilir.

Bu gün ölkəmizin ən mühüm problemi nədir? sualına cavab göstəriciləri aşağıdakı kimidir:

Qiymət artımı/inflyasiya - 38%
Yoxsulluq - 33%
İş yerləri - 29%
Ərazi bütövlüyü - 29%
Mühacirət - 23%
Səhiyyə - 22%
Təhsil - 20%
Pensiyalar - 19%
Avropa Birliyinə qoşulma - 16%
Rusiya ilə əlaqələr - 11%
Cinayət - 10%;
Korrupsiya - 9%;
Məhkəmə sistemi - 9%
ədalətli seçkilər - 8%
Ədalətin bərpası - 7%
NATO-ya qoşulma - 5%
digər - 2%
bilmirəm - 1%

Sorğu üzbəüz müsahibə üsulu ilə işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın bütün ərazisində aparılıb. Səsvermə hüququ olan 1520 nəfər (18 yaş və yuxarı) ilə təbəqələşdirilmiş təsadüfi seçmə prinsipi əsasında müsahibə aparılmışdır.

Sorğu bütün respondentlərin rəyinə əsaslanır. Tədqiqatın səhv marjası + -2.51%, 95% etibarlılıq səviyyəsidir. Tədqiqatda iştirakdan imtina edən, suallara cavab verməyən və ya sorğunu tamamlaya bilməyən respondentlərin sayı 19%, beləliklə, cavab nisbəti 81% (1520 nəfər) təşkil edir.

Sahə işləri 11 oktyabr - 20 oktyabr 2024-cü il tarixləri arasında aparılmışdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →