Oktyabrın 14-də yağış yağacağı, şimşək çaxacağı, sürüşmə proseslərinin aktivləşməsi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
“Oktyabrın 14-ü gününün ikinci yarısınadək Acarıstan, Quriya və İmereti rayonlarında yağış davam edəcək, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir.
Gözlənilən yağıntılar Qərbi Gürcüstanın kiçik çaylarında suyun səviyyəsini artıra, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi ortadır)”, - məlumatda deyilir
