Bu gün oktyabrın 5-də Gürcüstanda buludluluğun artacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə meteo.gov.ge saytı məlumat yayıb.
Məlumata görə, Qərbi Gürcüstanda zaman keçdikcə buludluluq artacaq, yağıntısız hava olacaq. Şərq küləyi 10-15 m/s təşkil edəcək.
Havanın temperaturu: düzənlikdə +25, +30°; dağlarda +22,+27°; Yüksək dağlıq ərazilərdə +15, +20° olacaq.
Şərqi Gürcüstanda - vaxt keçdikcə buludluluğun artacağı, əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi 10-15 m/s təşkil edəcək. Havanın temperaturu: düzənliklərdə +18, +23°; dağlarda +17, +22°; Yüksək dağlıq ərazilərdə +13, +18° isti təşkil edəcək.
