04 
Okt
2024
11:49
1032

Wizz Air uçuşların ləğvi bildirişləri ilə bağlı bəyanat yayıb

Wizz Air aviaşirkəti uçuşların ləğvi bildirişləri ilə bağlı bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, aviaşirkət rezervasiyaların ləğvinə səbəb kimi texniki nasazlığı göstərir.

Açıqlamaya görə, aviaşirkətin komandası problemin həlli üçün çalışır.

“Hörmətli müştərilər, hazırda rezervasiya sistemimizə təsir edən texniki problemlə üzləşirik. Nəticədə, siz ərizədə və ya internet saytında edilən rezervasiyada dəyişiklikləri görə  və ya müvafiq bildirişlər ala bilərsiniz.

Lütfən, bu dəyişikliklərə məhəl qoymayın və əmin olun ki, problem həll olunan kimi sizi xəbərdar edəcəyik.

Komandamız problemi həll etmək və təsirlənmiş uçuşları bərpa etmək üçün səylə çalışır”, - aviaşirkətin açıqlamasında bildirilir.

Məlumat üçün bildirək ki, “Facebook” səhifələrinin birində istifadəçilər uçuşların ləğv edildiyini yazıblar.

Bizimlə əlaqə saxlayın