Oktyabr ayının 7-dək olan hava proqnozu açıqlandı: Havanın dəyişəcəyi gözlənilir
Oktyabrın 4-7-də Gürcüstanda nisbətən isti, əsasən yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tbilisidə hava əsasən yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +23, +25 dərəcə isti təşkil edəcək.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +15-17 dərəcə təşkil edəcək”, - məlumatda deyilir.


