Ölkə ərazisində havada bərk hissəciklərin tərkibində artım müşahidə olunub
Sentyabrın 30-dan etibarən Gürcüstan ərazisində havada bərk hissəciklərin (PM10, PM2.5) tərkibində artım müşahidə olunur ki, bu da transsərhəd çirklənmə ilə əlaqədardır və cənub, cənub-şərqdən səhra toz kütlələrinin yayılması nəticəsində yaranır.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qeyd edək ki, transsərhəd çirklənmə ilin müəyyən günlərində analoji sinoptik vəziyyət zamanı qeydə alınır. Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit üzrə Milli Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin davamlı monitorinqini davam etdirir.
Atmosfer havasının keyfiyyəti portalında dərc olunan göstəricilərə görə, bu mərhələdə ən pis hava keyfiyyəti Kutaisidəki 98 saylı Lado Asatiani stansiyasında qeydə alınıb.