“H145” tipli helikopter Gürcüstana gətirilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə üçüncü “H145” tipli helikopter əlavə edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, sərhəd polisinin pilotları yeni helikopteri Almaniyadan Gürcüstana gətiriblər.
“Hər üç Avropa tipli helikopter yanğınsöndürmə və dağ-xilasetmə avadanlıqları ilə tam təchiz olunub. Onların 2 mühərriki var ki, bu da uçuş təhlükəsizliyini artırır. “H145” tipli helikopterlər yüksək hündürlükdə işləmək və manevr etmək qabiliyyəti ilə seçilir ki, bu da Gürcüstanın dağlıq relyefi nəzərə alınmaqla, mövcud vəzifələrə tam uyğundur.
Sərhəd Polisinin uçuş heyəti Almaniyada Airbus Helicopters Təlim Akademiyasında tam təlim keçib.
2022-ci il dekabrın 19-da Daxili İşlər Nazirliyində Fransanın “Airbus Helicopters” şirkəti ilə üç “H145” helikopterinin alınması ilə bağlı müqavilə imzalanıb”, - məlumatda deyilir.