Həftəsonu hava necə olacaq?
Bu gün, sentyabrın 29-da Gürcüstanda buludluluğun artacağı, bəzi rayonlarda güclü küləyin əsəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə meteo.gov.ge saytı məlumat yayıb.
Məlumata görə, Gürcüstanın qərbində buludluluğun artacağı, əsasən yağıntısız hava gözlənilir.Şərq küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s, arabir 32 m/s-dək güclənəcək. Havanın temperaturu: düzənlikdə gündüz +26, +31°; dağlarda gündüz +23, +28°; Yüksək dağlıq ərazilərdə gündüz +20, +25° təşkil edəcək.
Gürcüstanın şərqində buludluluğun artacağı, əsasən yağıntısız hava şəraiti gözlənilir.Şərq küləyi 10-15 m/s, yerlərdə arabir 20-25 m/s olacaq. Havanın temperaturu: barda gündüz +20, +25°; dağlarda gündüz +19, +24°; Yüksək dağlıq ərazilərdə gündüz +8, +13, bəzi yerlərdə +22 dərəcəyədək yüksələcək.
Tbilisidə buludluluğun vaxt keçdikcə artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu +24° olacaq. Cənub-şərq küləyi 10-15 m/s sürətlə əsəcək.