Bolnisidə 27 Sentyabr Anım Gününün ildönümü qeyd edilib
Bolnisi şəhərində 27 Sentyabr Anım Gününün ildönümü qeyd edilib.
InterPress.ge xəbər verir ki, İik olaraq "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin rəhbərliyi, şağird və müəllim heyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Daha sonra mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək 27 sentyabrın önəmi haqqında gənclərə ətrafılı məlumat verib.
R. Həsənov çıxışında qeyd edib ki, prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçmiş şəhidlərimiz qürur və ehtiramla yad edilir. Bu gün təkcə 44 günlük Vətən müharibəsinin deyil, həm də Azərbaycanın suverenliyinin bərpasına gedən yolun başlanğıcıdır.
Çıxışlarda dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən danışılıb. Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb.


