Gürcüstanın müdafiə naziri Nazirliyin yüksək vəzifəli şəxsləri ilə birlikdə Abxaziyada həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edib
Abxaziyada müharibəsinin il dönümü münasibətilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili və digər dövlət rəsmiləri ilə birlikdə Abxaziyada həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hökumət üzvləri Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan qəhrəmanların Qəhrəmanlar meydanında yerləşən abidəsi önünə əklil qoyub, onların ailə üzvləri ilə söhbət ediblər.
“Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri, veteranlar və vətəndaşlar da hərbçilərin xatirəsini ehtiramla yad ediblər. Abxaziyada hərbi əməliyyatlar 1992-ci il avqustun 14-də başlayıb, 13 ay 13 gün davam edib və 1993-cü il sentyabrın 27-də Suxuminin süqutu ilə başa çatıb. Nəticədə minlərlə insan həlak olub, 300 min vətəndaş məcburi köçkün vəziyyətinə düşüb”- məlumatda deyilir.


