25 
Sen
2024
14:54
833

Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərib

Azərbaycanın Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.

InterPress.ge xəbər xəbər verir ki, dərsliklər Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Təhsil və Elm Nazirliyinə təqdim edilib.

Gürcüstana 18 adda 23 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb və azərbaycandilli məktəblərə paylanacaq.

Qeyd edək ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 650 mindən çox dərslik və digər metodik vəsaitlər göndərilib.

 

Bizimlə əlaqə saxlayın