Ötən il Gürcüstanda 64-ü azyaşlı olmaqla 14 884 abort edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Statistikaya görə, ən çox 5716 abort 15-29 yaş qrupunda, 2371 abort isə 15-24 yaş qrupunda həyata keçirilib.
2023-cü ilin statistik məlumatları əvvəlki illə müqayisədə azalıb. 2022-ci ildə 16 619 abort edilib ki, onlardan 83-ü yetkinlik yaşına çatmayanlardır.
“Sakstat”ın rəsmi səhifəsində abortların sayını göstərən ən köhnə statistika 2016-cı ilə aiddir. Sözügedən il ərzində 28720 abort edilib, onlardan 159-u yetkinlik yaşına çatmayanlarla bağlı olub.
Onu da qeyd edək ki, 2016-cı ildən 2023-cü ilə qədər abortların sayı hər il azalıb.
