10 
Sen
2024
22:14
242

Prezident: "Gürcüstan hakimiyyətinin Moskvaya yaxınlaşmaq üçün çox aydın seçimi var"

"Gürcüstan hakimiyyətinin Moskvaya yaxınlaşmaq üçün çox aydın seçimi var".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili "Fiqaro"ya müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, siyasəti oliqarx Bidzina İvanişvili diktə edir, onun Moskva ilə münasibətləri qeyri-şəffafdır.

“Gürcüstan hakimiyyətinin Moskvaya yaxınlaşmaq üçün çox aydın seçimi var. Bu, Ukraynanın genişmiqyaslı işğalından sonra aydın oldu. O vaxtdan bəri Qərb ölkələrinin diplomatik korpuslarına qarşı hücumlar sistematik forma alıb. Hökumət Moskva ilə əlaqələrin xeyrinə tarixi qərbyönlü mövqeyindən əl çəkdi. Məhz bu səbəbdən Rusiya liderləri gürcü həmkarlarını qərar və bəyanatlarına görə mütəmadi olaraq təbrik edirlər. Bunun hakim partiya olan “Gürcü arzusu”nun yeganə təşəbbüsü, yoxsa Kremlin təzyiqi olduğunu söyləmək çətindir. Amma aydındır ki, bu siyasəti Moskva ilə münasibətləri ən qeyri-şəffaf olan oliqarx Bidzina İvanişvili diktə edir”, - prezident əlavə edib.

Bizimlə əlaqə saxlayın