10 
Sen
2024
22:02
249

Laşa Talaxadze və Qeno Petriaşvili “Gürcü arzusu”nun seçki siyahısındadır

“Gürcü arzusu”nun seçki siyahısında ağırlıqqaldıran Laşa Talaxadze və güləşçi Qeno Petriaşvili də var.

InterPress.ge xəbər verir ki, bu barədə bu gün “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın 2024-cü il seçki siyahısının təqdimat mərasimində bildirilib.

Baş nazir, “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri İrakli Kobaxidze partiya siyahısına daxil olan şəxslərin adını açıqlayıb.

Laşa Talaxadze üçqat Olimpiya, yeddiqat dünya və yeddiqat Avropa çempionudur. Qeno Petriaşvili isə 2024-cü il Paris Olimpiya Oyunlarının çempionu, 2 qat Avropa çempionu və 3 qat dünya çempionudur.

Məlum olduğu kimi, parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Bizimlə əlaqə saxlayın