10 
Sen
2024
21:47
307

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Bu il Gürcüstan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli müdafiə nazirlərinin görüşünə ev sahibliyi edir.

InterPress.ge xəbər verir ki, Batumi şəhərində müdafiə nazirlərinin görüşü keçirilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri Gürcüstanın müdafiə naziri İrakli Çikovani qəbul edib.

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə regionun təhlükəsizlik mühiti və mövcud çağırışlardan danışılıb, müdafiə sahəsində cari islahatlar və gələcək planlar müzakirə edilib. Diqqət əməkdaşlığın müsbət dinamikasına yönəldilib. Həmçinin, nazirlər üçtərəfli nazirlər protokolunu imzalayıblar.

“Görüşdə tərəflər regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini qeyd ediblər. İrakli Çikovani Gürcüstanın Cənubi Qafqazda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Görüşdə tərəflər müdafiə sahəsində aparılan islahatlar və gələcək planları müzakirə ediblər. Diqqət strateji və işçi səviyyələrdə əməkdaşlığın müsbət dinamikasına yönəldilib. Bildirilib ki, birgə təlimlər, ekspertlər səviyyəsində keçirilən görüşlər və üçtərəfli kurslar şəxsi heyəti daha da yaxınlaşdırır, onların qarşılıqlı fəaliyyət səviyyəsini artırır.

Görüşün sonunda müdafiə nazirləri üçtərəfli nazirlər protokolunu imzalayıb və birgə bəyanatlarla çıxış ediblər. İrakli Çikovani həmçinin azərbaycanlı və türkiyəli həmkarları - general-polkovnik Zakir Həsənov və Yaşar Gülər ilə ikitərəfli görüşlər keçirib", - Müdafiə Nazirliyinin məlumatında deyilir. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər