10 
Sen
2024
14:04
250

Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı ilə görüşüb

Batumi şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin görüşü keçirilir.

InterPress.ge xəbər verir ki bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş çərçivəsində Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə Azərbaycan Respublikasının müdafiə naziri  general- polkovnik Zakir Həsənov arasında  ikitərəfli görüş keçirilib.

İkitərəfli görüşdə Gürcüstan və Azərbaycanın müdafiə nazirləri qonşu ölkələr arasında dostluq münasibətlərinin, regionda sülhün və sabitliyin təşviq edilməsinin vacibliyindən danışıblar.

“Tərəflər müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini, o cümlədən hərbi təhsil məsələlərini müzakirə ediblər.

İclasda Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də Azərbaycan nümayəndə heyətinin nümayəndələri iştirak ediblər.

Bizimlə əlaqə saxlayın