Qarşıdakı günlərin hava proqnozu açıqlandı
Yaxın günlərdə Gürcüstanın bəzi rayonlarında yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Tbilisidə qısamüddətli yağış müşahidə oluna bilər. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
“Sahil ərazilərində (Batumi, Kobuleti, Anaklia, Poti): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): sentyabrın 10-11-də isti və yağmursuz hava şəraiti gözlənilir, sentyabrın 12-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +36, +38 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +30, +34 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +25, +30 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək olacağı ehtimalı var. Havanın temperaturu gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +32, +35 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək”, - məlumatda deyilir.


