08 
Sen
2024
21:13
210

“Bizim heç bir şəkildə səhv etmək şansımız yoxdur ki, bu səhvlər ölkəmizin gələcəyinə xələl gətirməsin” - Kaxa Kaladze

“Bizim heç bir şəkildə səhv etmək şansımız yoxdur ki, bu səhvlər ölkəmizin gələcəyinə xələl gətirməsin”.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze Samtsxe-Cavaxetidə keçirilən seçkiqabağı görüşdən sonra açıqlama verib.

“Biz seçkiqabağı kampaniya çərçivəsində bu gün Samtsxe-Cavaxetidə, Axaltsixedə olduq. Görün nə qədər insan tədbirə gəlib. Çox yaxşı əhval-ruhiyyədir. Ölkəmizin əhalisi ölkədə əmin-amanlığın, rifahın qorunub saxlanması, iqtisadi inkişafın arzusundadır.

Sülhün alternativi yoxdur. Bizim heç bir şəkildə səhv etmək şansımız yoxdur ki, bu səhvlər ölkəmizin gələcəyinə xələl gətirməsin.

Yaxın tariximizə nəzər salsaq, görərik ki, elə günlər olub ki, səhvlərimiz olub, hələ də aldığımız yaraları sağaltmamışıq.

Ona görə də bizə sülh lazımdır və ölkədə əmin-amanlığı qoruyub saxlaya bilən, iqtisadiyyatını inkişaf etdirə biləcək yeganə siyasi qüvvə, komanda “Gürcü arzusu”dur. Güclü iqtisadiyyat və ölkə ilə biz Avropa adlı böyük ailəyə qoşula biləcəyik”, - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın