08 
Sen
2024
19:53
237

Bidzina İvanişvili: 2012-ci ildən sonra birlikdə əldə etdiyimiz bütün yaxşı işlər qeyd olunmağa layiqdir

"Biz bir yerdə olmaqla bütün insan hüquqlarının, fikir və söz azadlığının qorunduğu, sağlam məhkəməmizin olduğu bir ölkə qura bildik. Media-azadddır, biznes isə toxunulmazdır, insanların azad yaşadığı və artıq siyasi təqiblərdən qorxmadığı bir ölkə qurduq".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili seçki kampaniyası çərçivəsində Axaltsixedə keçirilən tədbirdə çıxışı zamanı deyib.

İvanişvilinin toplaşan əhaliyə dediyinə görə, “Gürcü arzusu” komandası uğur qazansa da, dayanmaq fikrində deyil və gələcəkdə də əhalinin inkişafı və rifahının qayğısına qalmaqda davam edəcək.

O, həmçinin qeyd edib ki, Gürcüstanın ən yeni tarixində ilk dəfə olaraq 12 illik fasiləsiz sülh şəraiti yaranıb ki, bu da inkişafın əsas şərtidir.

“Daha uzağa getməyəcəyəm, amma sizə deyim ki, bu uğurlara baxmayaraq, “Gürcü arzusu” komandası şübhəsiz ki, dayanmaq fikrində deyil. Gələcəkdə biz hər şeyi edəcəyik ki, ölkəmizin inkişafı və çiçəklənməsi sizin hamınız, hər bir Gürcüstan vətəndaşı tərəfindən hiss olunsun. Bu, illər boyu “Gürcü arzusu”na inamınızın nəticəsidir”, - Bidzina İvanişvili bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər