Bu gün, sentyabrın 7-də futbol üzrə Gürcüstan yığması Çexiya yığması ilə qarşılaşacaq.
InterPress.ge xəbər verir ki, Gürcüstan millisi UEFA Millətlər Liqasının ilk turunun oyununu keçirəcək.
Mixail Mesxi adına stadionda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Bundan əlavə, Respublika Meydanında uyğun məkan təşkil olunacaq və orada böyük ekranda matçı izləmək mümkün olacaq.
