"Milli Hərəkat"ın üzvünün hücuma məruz qalmasına Saakaşvili belə cavab verdi
Gürcüstanın üçüncü prezidenti "Milli Hərəkat"dan olan deputata hücuma cavab verib və yazıb ki, hadisə “Gürcü Arzusu” hakimiyyətinin qədər qorxduğunu sübut edir.
InterPress.ge xəbər verir ki, sabiq prezident bu barədə sosial şəbəkədə yazıb.
“Bizim deputat, İrakli Edzveradzeyə hücum və onun tutulması özünü elan edən, diktator rejimin nə qədər zəif olduğunu və qorxduğunu bir daha sübut edir. Bu arada onlardan biri həqiqəti deyən istiqanlı vətənpərvər vətəndaşa “Mişanın qulu” deyir. Bu axmaq bilmir ki, mən qullardan başqa heç nəyə bu qədər nifrət etmirəm. Mən həmişə müstəqil düşüncəli güclü şəxsiyyətlər axtarmışam və onları təşviq etmişəm, çünki yalnız belələri yeni ölkə qura bilər, qul isə ölkəni ancaq məhv edib dağıda bilər. Onlar mütləq ayın 26-da azad insanlar tərəfindən acı məğlubiyyətə uğrayacaqlar!”, - Mixail Saakaşvilinin bəyanatında deyilir.