Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Aİ: Gürcüstanın təşkilata inteqrasiya prosesi faktiki olaraq dayandırılıb

337
Aİ: Gürcüstanın təşkilata inteqrasiya prosesi faktiki olaraq dayandırılıb
Dinləmək üçün basın

Avropa İttifaqı parlamentin bu gün, sentyabrın 4-də homofob qanunvericilik dəyişikliklərinin ikinci oxunuşda tələsik qəbul edilməsini pisləyib.

Avropa İttifaqı parlamentin bu gün, sentyabrın 4-də homofob qanunvericilik dəyişikliklərinin ikinci oxunuşda tələsik qəbul edilməsini pisləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Ali Nümayəndəliyin mətbuat katibi Piter Stano açıqlama verib.

Avropa İttifaqının mövqeyi ondan ibarətdir ki, belə bir layihə rus qanununun vətəndaş cəmiyyəti ilə bağlı qoyduğu məhdudiyyətlərlə birlikdə Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirəcək. Avropa İttifaqı hakimiyyətə xatırladır ki, Gürcüstanın üzvlük prosesi faktiki olaraq dayandırılıb.

“Avropa İttifaqı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketinin ikinci oxunuşunun tələsik qəbulunu pisləyir.

Bu paket Gürcüstan əhalisinin fundamental hüquqlarını pozur və əhalinin bir hissəsinin damğalanması və ayrı-seçkiliyinin gücləndirilməsi təhlükəsi yaradır.

Avropa İttifaqı Avropa İttifaqı ilə inteqrasiya yolunda mühüm nəticələri olan qanunvericiliyin müvafiq ictimai məsləhətləşmələr aparılmadan, Avropa və beynəlxalq standartlara uyğunluğu hərtərəfli təhlil edilmədən qəbul edilməsindən narahatlığını bildirir.

Hər il Avropa Komissiyasının genişlənmə hesabatında qiymətləndirildiyi kimi, insan hüquqlarının təmin edilməsi və qorunması Aİ-nin genişlənmə prosesinin əsasını təşkil edir.

Avropa İttifaqı Gürcüstan hakimiyyətini bu qanunvericilik paketinə tamamilə yenidən baxmağa çağırır. Belə bir layihə “Xarici təsirin şəffaflığı haqqında” Qanunun vətəndaş cəmiyyətinə qarşı tətbiq etdiyi məhdudiyyətlərlə birlikdə Aİ-Gürcüstan münasibətlərini daha da gərginləşdirəcək.

Avropa İttifaqı Gürcüstanın üzvlük prosesinin faktiki olaraq dayandırıldığını xatırladır və hakimiyyəti Avropa İttifaqına inteqrasiya yoluna qayıtmağa çağırır".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →