Ana Buçukuri: "Arzu"-nu bir daha məktəbləri yeməklə təmin etməli olan layihəni rəfdən götürməyə və dərhal dövlət məktəblərində uşaqların yeməklə təminatına başlamağa çağırırıq!
"Təxminən 10 gündən sonra uşaqlar məktəbə başlayırlar və təəssüf ki, dövlət məktəblilərini yeməklə təmin etməli olan layihə dayanıb. Komandamız "Arzu"-nu bir daha hazır layihəni rəfdən götürməyə və dərhal dövlət məktəblərində uşaqların yeməklə təminatına başlamağa çağırır!"
InterPress.ge xəbər verir ki, bu barədə brifinqdə "Gürcüstan üçün Qaxariya"nın deputatı Ana Buçukuri məlumat verib.
Onun sözlərinə görə, “Təhsil Nazirliyinin məktəblərin bərpası və uşaqların təhsil müəssisələrinə daşınması ilə bağlı məlumatları gizlətməsi təhsil sistemində korrupsiyanın nazirlik tərəfindən təşviq edildiyini sübut edir”.
“Giorgi Qaxaria baş nazir olanda UNİCEF-in iştirakı ilə dövlət məktəblərində uşaqların qidalanması ilə bağlı layihəyə start verildi. Bu layihə 2022-ci ildə başlamalı idi, amma görürük ki, 2024-cü ildir, təxminən 10 gündən sonra uşaqlar məktəblərdə təhsil almağa başlayırlar və çox təəssüf ki, dövlət məktəblərində uşaqları yeməklə təmin etməli olan layihə dayandırılıb.
Ölkədə 16 yaşa qədər hər dörd uşaqdan biri yaşayış üçün müavinət alır və ümumilikdə müavinət almaq istəyən 340 281 uşaq var və bu da təxminən 38 faiz təşkil edir. Bu çətin sosial vəziyyətdə “Arzu” çıxıb qeyri-müəyyən iqtisadi artımdan, səmərələri 25-30 elit ailə arasında bölüşdürülən iqtisadi artımdan danışır. Uşaqların acında öldüyü bir ölkədə rifahdan danışan hökümət bütün mənəvi hüquqlarını itirib. Bizim komandamız hazır layihəni dərhal rəfdən götürməyə və dövlət məktəblərində uşaqları yeməklə təmin etməyə dərhal başlamağa çağırdıq”, - Buçukur bildirib.


