02 
Sen
2024
19:07
199

Hüquq Məsələləri Komitəsi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini ikinci oxunuşda dəstəkləyib

Hüquq Məsələləri Komitəsi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsinə əlavə olunan qanun layihəsi ilə birlikdə ikinci oxunuşda baxıb və dəstəkləyib.

InterPress.ge xəbər verir ki, bundan əlavə, 17 May ailə müqəddəsliyi və valideynlərə hörmət günü kimi təsis edilir.

İkinci oxunuşda redaksiya xarakterli düzəlişlər və terminoloji dəqiqləşdirmələr təqdim edilib.

Qanun layihəsinə əsasən, nikah Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə cavab verərək ailə yaratmaq məqsədi ilə kişi və qadın arasında könüllü birləşmədir.

Hər hansı digər növ birliyin nikah kimi qeydə alınmasına və/və ya hüquqi aktla nikah kimi tanınmasına yol verilmir.

Həmçinin, heç bir bioloji cinsə aid olmayan və ya bioloji cinsindən fərqli cinsə aid olan və/və ya cinsi oriyentasiyası heteroseksuallıq kateqoriyasına aid olmayan şəxsin yetkinlik yaşına çatmayanı övladlığa götürməsinə yol verilmir.

Qanun layihəsinə görə, qanun dərc edildiyi gündən 60-cı gündə qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın