Azərbaycanda 1 milyondan çox seçici səs verib
Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı seçki məntəqələrində seçici fəallığı müşahidə edilir.
InterPress.ge xəbər verir ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının saat 12:00-a olan məlumatına görə, indiyədək seçicilərin 20,39 faizi(1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.
Hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Qeyd edək ki,Azərbaycanın parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.