31 
Avq
2024
22:29
354

"Gürcü Arzusu" oktyabrın 1-də öz seçki proqramını təqdim edəcək

"Gürcü Arzusu" oktyabrın 1-də öz seçki proqramını təqdim edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze Ozurqetidə seçki kampaniyasının regional tədbirində bildirib.

Onun sözlərinə görə, proqram iddialı və həyata keçirilə bilən olacaq.

"Bizim seçki proqramımız Gürcüstanın bütün istiqamətlərdə - iqtisadi artımdan tutmuş, Gürcüstanın xarici-siyasi mövqelərinin möhkəmlənməsinə kimi tərəqqisini təmin edəcək.

Burada bir daha xatırlamalıyıq ki, ölkədə sülh, əmin-amanlıq olmasa, hər hansı inkişaf mümkün deyil. Sülhün qiymətini də Quriyalılar çox yaxşı bilirlər. Odur ki, oktyabrın 26-da seçim ilk növbədə sülhün xeyrinə edilməlidir.

Əminəm ki, oktyabrın 26-da Quriya və bütün Gürcüstan bir daha, indi doqquzuncu dəfə Sülh Partiyasını seçəcək, “Gürcü arzusu”nu seçəcək, bu, bir daha Gürcüstanın dinc və sürətli inkişafının təminatı olacaq.

26 bizim günümüzdür və 26 oktyabrda Gürcüstan mütləq qalib gələcək!", - İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın