"Gürcüstana müstəqillik, müstəqil Gürcüstana isə suveren hökumət lazımdır" - İrakli Kobaxidze
"Gürcüstana müstəqillik, müstəqil Gürcüstana isə suveren hökumət lazımdır".
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze Ozurqetidə keçirilən seçki iclasında çıxışı zamanı deyib.
Kobaxidzenin qeyd etdiyinə görə, 2003-cü ildə hökumət kənardan “QHT” vasitəsilə təyin olunandan sonra ölkəni doqquz il Gürcüstana qarşı çoxlu cinayətlər törətmiş siyasi qüvvə idarə edib və indi də həmin qüvvələr deyirlər ki, bu anti-Avropa siyasi qüvvə hakimiyyətdə olsa, xarici agent geri qayıtsa, ölkənin Avropa gələcəyi formalaşa bilər.
"Bu cinayətlər avtoritarizmin qurulması, insanların öldürülməsi və işgəncələrə məruz qalması, biznes reketliyi, televiziyaların oğurlanması, seçkilərin total saxtalaşdırılması, ölkə ərazilərinin itirilməsi olub. Təəssüf ki, 2003-cü ildə hakimiyyəti xarici agentə təhvil verən xarici qüvvələr bu cinayətlərə görə məsuliyyətə cəlb olunmayıblar. Avropanı insan öldürməklə, Avropanı insanlara işgəncə verməklə, Avropanı biznes reketliyi ilə, Avropanı televiziyaları oğurlamaqla, Avropanı seçki saxtakarlığı ilə, Avropanı müharibə ilə eyniləşdirənlər, hamısı müharibə partiyasının təmsilçiləridir. Gürcüstan cəmiyyəti onlara oktyabrın 26-da kadr cavabını verəcək”, - İrakli Kobaxidze qeyd edib.


