Giorgi Mamardaşvili "Liverpul"un futbol komandasına qoşulub
Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili rəsmən İngiltərənin "Liverpul" futbol klubunun futbolçusudur.
InterPress.ge xəbər verir ki, "Liverpul" bu barədə rəsmi saytında məlumat yayıb.
Giorgi Mamardaşvili bu mövsüm icarə əsasında hazırkı klubu olan İspaniya "Valensiya"sında qalacaq və növbəti mövsümdən, 2025-ci ilin yayından "Liverpul"a keçəcək.
Bundan əlavə, Giorgi Mamardaşvili sosial şəbəkədə İspaniya klubuna minnətdar olduğunu yazıb.
"Minnətdarlığımı bildirmədən “Valensiya” və bu klub haqqında danışmağa başlaya bilmərəm. Üç il ərzində kluba gəldiyim ilk gündən bəri hər mərhələdə hiss etdiyim davamlı dəstəyə və sevgiyə görə sizə təşəkkür etmək istərdim.
Bu böyük futbol ailəsi olan "Valensiya"nın mənə verdiyi hər şeyə görə minnətdarlığımı ifadə etmək üçün sözlər kifayət deyil. "Valensiya" həyatımı dəyişdi və karyeramı yaratdı. Buna görə də Valensiyada daha bir il qalıb komandanın məqsədinə çatmasına kömək etmək qərarına gəldim.Bizi hansı çətin ilin gözlədiyini və bu dövrün klubun özü üçün nə qədər transformasiyalı olduğunu hamımız bilirik. Ona görə də biz həmişəkindən daha çox bir yerdə dayanıb sona qədər mübarizə aparmalıyıq”, - deyə Mamardaşvili yazıb.


