Bu gün, avqustun 28-də pravoslav dünyası müqəddəs Məryəm Bayramını qeyd edir.
InterPress.ge xəbər verir ki, Xristian dünyasında müqəddəs üç böyük bayramdan sonra Məryəm Bayramı hesab olunur.
Xristian mənbələrinə görə, bu gün müqəddəs Məryəmin dünyasını dəyişməsi və Allah yanında ucalması günü hesab edilir.
Bayramla əlaqədar olaraq bu gün məbədlərdə mərasimlər və dua keçirilir.
