27 
Avq
2024
14:21
309

Sərhəddi qanunsuz keçən beş nəfər saxlanıldı

5 xarici ölkə vətəndaşı - 1984-cü il təvəllüdlü İ.A., 1990-cı il təvəllüdlü F.A., 1987-ci il təvəllüdlü A.G., M.İ. və 1980-ci il təvəllüdlü H.B  qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.

InterPress.ge xəbər verir ki, bu barədə Sərhəd polisi məlumat yayıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Türkiyə Respublikasından qrup halında Gürcüstan istiqamətində sərhəd-keçid məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, - deyə məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin ikinci hissəsinin 344-cü maddəsinin “a” bəndi ilə aparılır ki, bu da qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutur. Cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın