Qurcaanidə quduzluq faktı aşkar olundu
Qurcaanidə quduzluq halları qeydə alınıb.
InterPress.ge xəbər verir ki, Milli Qida Agentliyi Çalaubni və Melaani kəndlərindən xəstə itləri Gurcaanidəki sahibsiz itlər üçün sığınacağa köçürüb.
Sığınacağın direktoru Temur Zavraşvilinin sözlərinə görə, xəstəlik ailələrdən birində yaşayan itdə aşkarlanıb və bundan sonra iki kənddən sığınacağa gətirilən 14 it ölüb.
"Sığınacaqda 20 günlük karantin elan etmişik. Quduzluq halları qeydə alınıb və ona görə də avqustun 30-dək bağlanacağıq. Faktlar qeydə alınan ailələr artıq quduzluğa qarşı peyvənd olunub, amma problem ondadır ki, Artıq 14 it ölüb və daha bir ölüm faktı qeydə alınarsa, biz karantini davam etdirməyə məcbur olacağıq”, - deyə Zavraşvili bildirib.
Qeyd edək ki, keçən il Kaxeti bölgəsində yalnız bir neçə quduzluq hadisəsi qeydə alınıb.


