"ABŞ “Gürcü Arzusu”nun artan antidemokratik ritorikasından narahatlığını bildirir" - Metyu Miller
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti dəfə "Gürcü Arzusu"nun antidemokratik ritorikasından narahatlığını bildirir.
InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Aleks Raufoğlu yazıb.
Miller antidemokratik ritorika nümunələrindən biri kimi müxalifətin qeyri-qanuni tanınması ilə bağlı bəyanatları göstərib.
Miller Gürcüstan hökumətini demokratiya və Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırıb.
"Birləşmiş Ştatlar hakim "Gürcü Arzusu" partiyasının antidemokratik ritorikası və hərəkətləri ilə bağlı dərin narahatlığını bildirir. Başqa bir misal müxalifəti qanunsuz elan etmək planları ilə bağlı bəyanatlardır.
Son aylarda elan etdiyimiz kimi, Gürcüstan hökumətinin hərəkətləri gürcü xalqının istəkləri və hökumətin uzun müddətdir elan etdiyi Avroatlantik inteqrasiya planı ilə ziddiyyət təşkil edir və AB və NATO üzvülüyü ilə bağlı demokratik dəyərlərə uyğun gəlmir.
Biz Gürcüstan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə, həmçinin demokratiya və Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq”, - Aleks Raufoğlunun sözlərinə görə, Miller deyib.


