23 
Avq
2024
12:27
386

Bolnisidə gənclərin I Yay Düşərgəsi keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Bolnisi Gənclərinin I Yay Düşərgəsi keçirilib.

InterPress.ge xəbər verir ki, düşərgə Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə həyata keçirilib.

Bolnisinin Tandzia kəndində təşkil edilən düşərgəyə rayonun 20 kəndindən 80-dək gənc və yeniyetmələr qatılıb.

Düşərgəni giriş sözü ilə açan mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçıları salamlayıb, düşərgədə iştirak üçün onlara təşəkkür edib.Daha sonra qeyd edib ki, ilk dəfə keçirilən düşərgə gələcək illərdə daha geniş tərkibdə təşkil ounacaq və ənənə halı alacağına əminliyini ifadə edib.

R. Həsənobv bildirib ki, bu cür düşərgələr  uşaqlar üçün hərşeydən əvvəl sağlamlıq, mənalı və səmərəli istirahət, yay müddətində asudə vaxtının  faydalı təşkili deməkdir.

“Düşərgələrin uşaqların təlim-tərbiyəsi, zərərli vərdişlərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından da çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Burada şagirdlər özlərinə dost tapırlar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirlər və nizam-intizama alışırlar. Məlumdur ki, uzun müddətli gərginlikdən sonra istirahətlə yanaşı kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar, daha nələr- nələr”,- R. Həsənov müsahibəsində deyib.

Düşərgə iştirakşıları Tandzia kəndində yerləşən görkəmli ictimai xadim Sulxan-Saba Orbelianin ev muzeyini ziyarət edib, muzeydə sərgilənən tarixi eksponatlarla tanış olublar.  Ətraf mühitin qorunması məqsədilə muzeyin ərazisində təmizlik aksiyası keçiriblər.

İştirakçılar müxtəlif mövzularda təqdimatlar hazırlayıb, milli musiqi və filmlərmizdən ibarət, əyləncəli və düşündürücü oyunlarda iştirak ediblər.


 


 


 

Bizimlə əlaqə saxlayın