21 
Avq
2024
21:18
371

Bidzina İvanişvili: 26 oktyabr seçkiləri “Milli Hərəkat” üçün Nürnberq məhkəməsinə çevrilməlidir

"Bu seçkidə bizim qarşımızda qələbə qazanmaqdan daha böyük vəzifə durur. “Gürcü arzusu”nun vəzifəsi Gürcüstanın təkcə qısamüddətli deyil, həm də uzunmüddətli milli vəzifələrini uğurla həll edəcək konstitusiya çoxluğuna bərabər qələbə qazanmaqdır"

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili Mtsxetada seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun fikrincə, parlament seçkiləri “Milli Hərəkat” üçün Nürnberq məhkəməsinə çevrilməli və gürcü xalqı xarici agentlikləri təmsil edən vətəndaşlığı olmayan siyasətçilər haqqında hökm çıxarmalıdır.

İvanişvilinin izah etdiyinə görə, konstitusiya çoxluğunun əldə olunması şəraitində heç bir kənar müdafiə “Milli Hərəkatı” layiqli cəzadan xilas edə bilməz.

“Gürcüstanda sağlam seçkilər yalnız vətənpərvər siyasi qüvvələr siyasi sistemdə korrupsioner “Milli Hərəkat”ı əvəz etdikdən sonra keçiriləcək”, - deyə Bidzina İvanişvili bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər