Avqustun 21-22-də Gürcüstan ərazisində havanın temperaturunun yüksələcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Qərbi Gürcüstanın düzənliklərində havanın temperaturu 37-39, dağlıq rayonlarda isə 35-37 dərəcəyə çata bilər.
Şərqi Gürcüstanda isə havanın maksimal temperaturunun 33-38 dərəcə arasında olacağı gözlənilir.
Gözlənilən yüksək hava temperaturu meşə yanğınlarına səbəb ola bilər. (təhlükə səviyyəsi ortadır).
