19 
Avq
2024
20:48
292

Baş nazir: “Milli Hərəkat” müxtəlif cinayətlərə, o cümlədən 2008-ci ilin avqust ayında törətdiyi cinayətə görə mühakimə olunmalıdır

“Milli Hərəkat” müxtəlif cinayətlərə, o cümlədən 2008-ci ilin avqust ayında törətdiyi cinayətə görə mühakimə olunmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Baxmaroda jurnalistlərə baş nazir İrakli Kobaxidze bildirib.

Hökumət başçısının sözlərinə görə, “Milli Hərəkat” 2005-ci ildən 2008-ci ilin avqust cinayətinə görə vəziyyəti mərhələ-mərhələ hazırlayırdı.

“O ki qaldı “Milli Hərəkat”ı mühakimə etməyə, bu, bütün çoxluğun, hakim qüvvənin ümumi mövqeyidir. “Milli Hərəkat” müxtəlif cinayətlərə, o cümlədən 2008-ci ilin avqust ayında törətdiyi cinayətə görə mühakimə olunmalıdır. Lakin həmin doqquz il ərzində törədilmiş bir çox başqa cinayətlər də var.

2008-ci il müharibəsinin püxtələşməsinə gəlincə, hər şey addım-addım edildi ki və sonda ölkə ərazilərinin 20%-nin işğalı baş verdi. “Milli Hərəkat” 2005-ci ildən addım-addım bunun üçün situasiya hazırlayırdı. Eyni zamanda, hərbi xarakterli qarşıdurmalar, başqa növ təxribatlar baş verdi və bütün bunlar 2008-ci ildə Gürcüstanda baş vermiş müharibənin qızışdırılması məqsədinə xidmət etdi ki, bu da bu siyasi qüvvənin ölkəmizə və insanlarımıza qarşı törətdiyi ən ağır cinayətdir”, - baş nazir bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər