16 
Avq
2024
19:02
935

Əhməd İmamquliyevdən Azad Kərimova cavab: “Azad Kərimov mənim səviyyəmdə bir siyasətçi deyil”

Son zamanlar cəmiyyətdə Əhməd İmamquliyevin “Vahid Milli Hərəkat” partiyasına qoşulacağı və parlamentə namizəd olacağı fikirləri yayılıb. Məsələyə "VMH partiyasının qərargah rəhbəri Azad Kərimov münasibət bildirib və bu haqda müzakirənin aparılmadığını deyib.

InterPress.ge xəbər verir ki, məsələ ilə bağlı Əhməd İmamquliyev ilə əlaqə saxladıq və onun fikrini öyrəndik. 

Bizimlə söhbəti zamanı İmamquliyev, Azad Kərimovun açıqlamalarına münasibət bildirib.

İmamquliyev “Vahid Milli Hərəkat” partiyasına qayıdırmı sualına cavab verərək bildirib ki, ona partiyaya qoşulmaq və parlamentdə namizəd kimi irəli sürülmək təklif olunub və hazırda müzakirələr aparılır. 

Ə.İmamquliyev, Azad Kərimovun “İmamquliyevin partiyaya qayıtması ilə bağlı müzakirə aparmırıq” açıqlamasına belə cavab verib:

“Tamamilə doğru deyil, çünki Azad Kərimov o səriştəyə malik bir adam deyil. Əhməd İmamquliyevin partiyaya qayıdıb-qayıtmaması partiya rəhbərliyinin əlindədir".

Azad Kərimovun “İmamquliyev xalqın namizədi ola bilməz” açıqlamasına isə belə münasibət bildirib:

“Birinci məsələ, çox maraqlıdır A.Kərimov bu sorgunu harada və kiminlə keçirib ki, İmamquliyev xalqın namizədi ola bilməz. İkinci məsələ isə, Əhməd xalqın deyil partiyanın namizədi olacaq və xalq isə ona səs verəcək”.

Azad Kərimovun “Bizim qapımız hər zaman hərkəsə açıqdır və bu gündə biz keçmişdə səhv addımlar atan bir çox şəxslə görüşürük” açıqlamasına İmamquliyev fikir bildirmək istəmədiyini deyib.

“Mən sözün düzü Azadın bu tərz səhv, doğru və ya yalan məsələlərinə heç bir fikir bildirmək istəmirəm, çünki A.Kərimov mənim səviyyəmdə bir siyasətçi deyil.

Mənim namizədliyimi nə Azad Kərimov, nə də Marneuli qərargahında olan digər adamlar irəli sürür. Sadəcə ona xatırlatmaq istərdim ki, 2020-ci ildə tanımadığı Abdulla İsmayılovun namizədliyi irəli sürüldü və onlar quzu kimi ona işlədilər”- deyə İmamquliyev bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər