16 
Avq
2024
17:04
720

Azad Kərimov: Əhməd İmamquliyev xalqın namizədi ola bilməz

Son zamanlar cəmiyyətdə Əhməd İmamquliyevin “Vahid Milli Hərəkat” partiyasına qoşulacağı və parlamentə namizəd olacağı fikirləri yayılıb. Buna görədə partiyada fikir ayrılıqlarının və bölünmələrin olduğu deyilir.

InterPress.ge xəbər verir ki, məsələ ilə bağlı partiyanın Marneuli qərargahının sədri Azad Kərimov ilə əlaqə saxladıq. 

A.Kərimov İmamquliyevin partiyaya qoşulması və namizəd olma ehtimalı və daxildə məsələyə olan münasibət ilə bağlı ona ünvanladığımız suallara cavab verib.

Kərimov Əhməd İmamquliyevin partiyaya qoşulmasına görə etirazların olub-olmaması ilə bağlı "Bizim heç bir dəstəkçimiz, üzvümüz Əhmədi dəstəkləmir ki, ona görə fikir ayrılıqları yaransın" cavabını verib.

“Əhməd İmamquliyevin bizim partiyaya qoşulması ilə bağlı bizim heç bir problemimiz yoxdur. Bizim qapımız hər zaman hər kəsə açıqdır və bu gün də biz keçmişdə səhv addımlar atan bir çox şəxslə, istər “Gürcü Arzusu”nun, istərsə də, başqa partiyanın üzvü ilə görüşürük və qapımız açıqdır”-deyə A.Kərimov bildirib.

“VMH” partiyasının Marneuli qərargah sədri Azad Kərimov, Əhməd İmamquliyevin parlamentə namizəd olma ehtimalına isə belə cavab verib:

“Əhməd İmamquliyev xalqın namizədi ola bilməz, çünki, xalq Əhmədi qəbul etmir. Partiyanın dəstəkçiləri və xalq onu qəbul etmirsə, demək ki, İmamquliyev bizim namizədimiz ola bilməz. Əhməd İmamquliyev bizim partiyamızın üzvü olaraq gəlib bizimlə söhbət etmək istəyərsə, biz buna hazırıq”- Kərimov bildirib.

Partiyanın belə bir qərar verəcəyi təqdirdə münasibətinin nə olacağı və hansı addım atacağı sualına isə A.Kərimov bu barədə heç bir müzakirənin getmədiyini bildirib.

“Biz onun namizəd olmağını istəmirik. Əgər partiya belə birşey edər və onu namizəd kimi irəli sürərsə, bu səhv bir adım olar, mən düşünürəm ki, bunu etməyəcəklər. Biz burada şəxs üçün vəya kimsə parlamentə getsin deyə mübarizə aparmırıq, biz partiyamızın və Gürcüstanın gələcəyi üçün çalışırıq. Məsələ ilə bağlı ətraflı əvvəlcədən nəsə deyə bilmərəm, onu zaman göstərəcək və elə bir şey olsa, bizim komandamız var və komanda halında qərar qəbul edəcəyik.

Hazırda biz Əhməd İmamquliyevi bizim partiyanın siyahisində namizəd kimi görmürük. Bu barədə biz heç müzakirələr aparmırıq”- deyə Azad Kərimov bildirib.

Bizimlə əlaqə saxlayın