16 
Avq
2024
10:12
331

Diğomidə baş vermiş cinayətə görə 4 nəfər həbs edilib

Daxili İşlər Nazirliyi Diğomi kəndində gənci qətlə yetirən 4 nəfəri həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Tbilisidə baş vermiş qətl işi ilə bağlı qəsdən adam öldürmək, yalan məlumat vermək və xüsusilə ağır cinayət barədə məlumat verməmək ittihamı ilə 4 nəfər həbs edilib.

“1998-ci il təvəllüdlü L.K. qəsdən adam öldürmə ittihamı ilə həbs olunub. Yalan məlumat verdiyinə görə 1989-cu il təvəllüdlü O.B və 2005-ci il təvəllüdlü N.F həbs olunublar. 2002-ci il təvəllüdlü C.F isə xüsusilə ağır cinayət barədə məlumat vermədiyi üçün həbs edilib.

Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.

İstintaq müəyyən edib ki, bu il avqustun 12-də təqsirləndirilən L.K qarşılıqlı mübahisə zəminində Tbilisinin Diğomi kəndində qohumu 1987-ci il təvəllüdlü Q.K-ya soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən gizlənib. Q.K aldığı xəsarətlər nəticəsində xəstəxanaya gətirildikdən dərhal sonra dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs Kaxetidə həbs edilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi, 370-ci maddəsinin 3-cü hissəsi və 376-cı maddəsinin 2-ci hissəsi ilə aparılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın