Zaur Darğallı hakim partiyanın proporsional siyahısında yer alacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidze regionlarda “Gürcü arzusu”nun seçki kampaniyasına rəhbərlik edəcək 22 nümayəndəni təqdim edib.
InterPress.ge xəbər verir ki, Baş nazir bu barədə brifinqdə bəyan edib.
“Gürcü arzusu” 30 seçki dairəsinin hamısında nümayəndələr təqdim edəcək, lakin bu gün hakim partiyanın regionlarda seçki kampaniyasına rəhbərlik edəcək cəmi 22 nümayəndə təqdim edəcək.
Baş nazir bildirib ki, Zaur Darğallı Marneuli-Qardabani bölgələrinin proporsinal siyahısında yer alacaq.
"Bütün nümayəndələr çıxış yerində “Gürcü arzusu”nun proporsional siyahısında təmsil olunacaqlar. Buna uyğun olaraq, biz təmin edəcəyik ki, növbəti çağırış parlamentində ən azı bütün şəhər və rayonların öz nümayəndələri olsun və bununla da majoritar sistemin ləğvi ilə bağlı çatışmazlıq qismən aradan qaldırılsın.
Bir sıra deputatlar var ki, əvvəllər müvafiq dairələrin majoritarları olublar, onların əksəriyyəti də siyahıda təmsil olunacaq, lakin nümayəndə kimi yox", - deyə Baş nazir qeyd edib.


