“Parlaq Gələcək” Gənclər Mərkəzində hazırlıq kurslarını bitirmiş gənclərin böyük əksəriyyəti Vahid Milli imtahanlardan yüksək nəticə əldə ediblər
Bolnisi munisipaletinin Xidisğuri kəndində yerləşən “Parlaq Gələcək” Gənclər Mərkəzində hazırlıq kurslarını bitirmiş gənclərin böyük əksəriyyəti Vahid Milli imtahanlardan yüksək nəticə əldə ediblər.
InterPress.ge xəbər verir ki, həm universitetlərə qəbul, həm də sınaq imtahanları uğurla verən şagirdlər mükəmməl bacarıq nümayiş etdiriblər.
Təhsil Mərkəzində riyaziyyat və məntiq fənlərindən hazırlıq kursları keçmiş gənclərdən biri də Gövhər Rəhimovadır. Onun sözlərinə görə imtahan həyəcanı olsa da özünəinam güclü olub və yüksək bal toplayacağına əmin olub. Gövhər imtahana məsuliyyətlə hazırlaşdığını bildirərək ona dəstək olan riyaziyyat müəllimi Araz Musayevə təşəkkürünü bildirib.
Yüksək bal toplayan abituriyentlərdən biri də Günel Yusifovadır. Günel imtahan zamanı çox həyəcanlı olmasını vurğulayıb.O buna baxmayaraq “özünə inamım güclü idi” deyib. O il boyu imtahana ciddi hazırlaşdığını və yüksək bal toplamasında Araz müəllimin böyük zəhməti olduğunu bildirib.
Veysəl Mahmudov “ imtahana məsuliyyətlə hazırlaşmışdım və imtahan zamanı özünü rahat hiss etdiyini, yüksək bal toplayacağıma inanırdım” deyib.Gənclər həyatlarında ilk uğura imza atmalarında onlara mənəvi dəstək olmuş müəllimlərin - “Parlaq Gələcək” Gənclər Mərkəzinin böyük rol oynadığını bildiriblər.
Mərkəzin məzunları Parlaq Gələcək Gənclər Mərkəzinə və müəllimlərinə əvəzsiz zəhmətlərinə görə minnətdarlıqlarını bildiriblər.
Parlaq Gələcək Gənclər Mərkəzində riyaziyyat və məntiq fənlərindən hazırlıq kursları keçmiş və imtahandan yüksək bal toplayan abituriyentlər bunlardır:
Gövhər Rəhimova 70 bal
Veysəl Mahmudov 60 bal
Günel Yusifova 60 bal
Mərziyyə Yusifova 58 bal
Fərid Əbdürəhmanov 58 qal
Aliyə Əliyeva 57 bal
Cavid Məmmədov 56 bal
Günel Sədiyeva 54 bal
Murad Abbasov 52 bal
İbrahim Nəsibov 50 baı
Aydan Yusifova 50 bal
Ramik Məmmədov 47 bal
Nurlan Hüseynov 46 bal
Nərqiz Məmmədova 44 bal
Sona Həmidova 42 bal
Vəsilə Əliyeva 41 bal
Ülviyyə Məmmədova 41 bal
Qeyd etmək lazımdır ki, Parlaq Gələcək Gənclər Mərkəzində riyaziyyat dərsləri Araz Musayev və Əhmədalı Babaşov, məntiq fənni isə Şahvələd Nəbiyev tərəfindən tədris olunub. Demək olar ki, cari ildə Bolnisi munisipaletinin Xidisğuri kəndində yerləşən “Parlaq Gələcək” Gənclər Mərkəzində hazırlıq kurslarını bitirmiş gənclərin Vahid Milli imtahanlardan yüksək nəticə əldə edib tələbə adı qazanması 100 faiz yerinə yeririlib.


