10 
Avq
2024
20:03
266

Amerikalı senator və konqresmen inzibati bölgü xəttinə gediblər

Gürcüstana rəsmi səfəri çərçivəsində senator Cin Şahin və konqresmen Mayk Törner inzibati bölgü xəttinə səfər ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Rusiyanı 2008-ci il atəşkəs sazişi və BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirməyə çağırmaqda davam edir.

“Rusiyanın Gürcüstanı işğal etməsindən 16 il keçir. Hazırda Gürcüstan ərazisinin iyirmi faizinin Rusiya tərəfindən işğalı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir və gürcülərə təsir edir. Rəsmi səfər çərçivəsində senator Şahin və konqresmen Törner inzibati bölgü xəttinə gediblər. Birləşmiş Ştatlar Rusiyanı 2008-ci il atəşkəs razılaşması və BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirməyə çağırmaqda davam edir".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər