08 
Avq
2024
11:36
256

Baş nazir: Avqustun 7-si müharibənin başlama tarixi adlanması yalnız fərziyyədən ibarətdir

"Siyasi opponentlərimiz bu tarixi illər boyu avqustun 8-də qeyd etdilər və bir neçə ildən sonra qərara gəldilər ki, avqustun 7-si müharibənin başladığı vaxtdır. Bu heç bir əsası olmayan fərziyyədir".

InterPress.ge xəbər verir ki, Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze 2008-ci ilin avqust müharibəsi zamanı həlak olanların xatirəsini yad etdiyi Muxatqvedi Qardaşları Qəbiristanlığında bildirib.

Hökumət başçısının sözlərinə görə, radikal müxalifətin məqsədi odur ki, Gürcüstan cəmiyyətini heç nə birləşdirməsin, o cümlədən müharibənin başlama tarixi belə.

“Tarixlə bağlı bu fərziyyələrin ciddi olduğunu düşünmürəm. Yadınızdadır ki, siyasi rəqiblərimiz illər boyu bu tarixi avqustun 8-də qeyd edirdilər və bir neçə ildən sonra qərara gəldilər ki, avqustun 7-si müharibənin başladığı vaxtdır. Bu, heç bir əsası olmayan fərziyyədir, yeganə məqsəd bütün bunlarda hansısa yolla cəmiyyəti parçalamaqdır. Gürcüstan cəmiyyətini heç nə birləşdirməməlidir, bu, bizim radikal müxalifətin, o cümlədən müharibənin başlama tarixinə belə yanaşmasıdır ki, bu da bizim üçün qəbuledilməzdir. İllər keçdikcə 8 avqust müharibənin başladığı tarix kimi qeyd olundu və bu gün də qeyd olunmaqda davam edir. Müxalifətə gəlincə, bir daha deyim ki, spekulyasiyalar və qeyri-ciddi fikirlər var, bütün bunlar çox üzücüdür”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər